MƏMMƏDƏLİYEV YUSİF HEYDƏR OĞLU

MƏMMƏDƏLİYEV YUSİF HEYDƏR OĞLU

MƏMMƏDƏLİYEV YUSİF HEYDƏR OĞLU

(1905-1961) 1954-1958-ci illərdə S. M. Kirov adına ADU-nun (indiki Bakı Dövlət Universiteti) rektoru olmuşdur

Akademik Yusif Heydər oğlu Məmmədəliyev (1905-1961) Naxçıvan MR-in Ordubad şəhərində anadan olmuşdur. 1926-cı ildə V.İ.Lenin adına Ali Pedaqoji institutunu bitirmişdir. 1942-ci ildə «Aromatik karbohidrogenlərin alkilləşdirilməsi və dealkillləşdirilməsi yolu ilə toluolun sintezi» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1943-cü ildə «Neft-kimyası» ixtisası üzrə professor adına layiq görülmüşdür. Tam əsasla demək olar ki, Yusif Məmmədəliyev 1945-ci ildə Azərbaycan SSR EA-nı yaradanlardan biri olmuşdur. Respublikada kimya elminin inkişafının bütöv bir dövrü bu dahi insanın adı ilə bağlıdır. 1945-ci ildə o, Azərbaycan SSR EA-nın akademiki, Rəyasət heyətinin üzvü və EA Neft İnstitutunun direktoru seçilmişdir. O, akademiyanın təsisçisi və Azərbaycanın ilk akademiki olan 15 tanınmış şəxsdən biri idi. 1951-1954-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Fizika, Kimya və Neft bölməsinin akademik katibi, 1954-1958-ci illərdə S. M. Kirov adına ADU-nun rektoru olmuşdur. Onun əsas elmi işləri, neftin və neft qazlarının katalitik emalı sahəsindədir. O, Bakı neftinin benzin fraksiyasının katalitik aromatikləşdirilməsi, yuyucu maddələr və silisium-üzvi birləşmələr alınması, piroliz məhsullarından plastik kütlə istehsalı və Naftalan neftinin təsir mexanizminin öyrənilməsi sahələrində də mühüm işlər görmüş, yüksəkixtisaslı elmi kadrların hazırlanmasında böyük xidməti olmuşdur. Dünya şöhrətli azərbaycanlı alim Yusif Məmmədəliyev müharibənin ağır dövründə yüksək oktanlı benzin və məşhur «Molotov kokteyli»ni ixtira etmişdi. Y.H.Məmmədəliyev 200-dən artıq elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir. O 36 elmlər doktoru və namizədi hazırlamışdır. Akademik Y.H.Məmmədəliyev benzolu propilenlə alkilləşdirmək yolu ilə izopropilbenzolun sintezi üsulunu işləyib hazırlamış, bu da II Dünya müharibəsi illərində SSRİ aviasiyasının yüksək oktanlı yanacaqla təmin edilməsinə kömək etmişdir. Onun bu sahədə apardığı tədqiqatlar dövlət tərəfindən yüksək qiymətləndirilmiş, 1944-cü ildə «Lenin ordeni» ilə, 1946-cı ildə isə «Stalin mükafatı» ilə mükafatlandırılmışdır.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət