22 may 1991-ci ildə Rusiya Federasiyasının Smolensk şəhərində anadan olub. 2008-ci ildə Gəncə şəhər 17 nömrəli orta məktəbi bitirib. 2008-2012-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Tətbiqi kimya ixtisası üzrə bakalavriat, 2012-2014-cü illərdə isə Fiziki kimya ixtisaslaşması üzrə magistratura səviyyəsi üzrə təhsil alıb. 2015-2019-cu illərdə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Kimyəvi kinetika və kataliz ixtisası üzrə doktorantura səviyyəsi üzrə təhsil alıb. 2024-cü ildə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Dissertasiya işinin mövzusu: "Modifikasiya olunmuş HZSM-5 seolit katalizatorları iştirakında benzolun etanolla selektiv alkilləşməsi". 2014-cü ildən Bakı Dövlət Universitetinin nəzdində yaradılmış tyutor kursunu bitirərək Kimya fakültəsində tyutor vəzifəsində çalışır.
AYNUR ƏBÜLFƏT QIZI İSGƏNDƏROVA
-sm.jpg)
AYNUR ƏBÜLFƏT QIZI İSGƏNDƏROVA
II tədris ili üzrə tyutor
Tel.: (+99412)539-09-53
Email: [email protected]