AYSEL DAVUD QIZI HACIYEVA

AYSEL DAVUD QIZI HACIYEVA

AYSEL DAVUD QIZI HACIYEVA

IV tədris ili üzrə tyutor

Tel.: (+99412)539-09-53

Email: [email protected]

15 oktyabr 1991-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Bakı şəhəri, Nərimanov rayonu, BMLK-nın 43 nömrəli liseyini bitirib. 2010-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya fakültəsi Biologiya müəllimliyi ixtisası üzrə bakalavriat, 2017-2019-cu illərdə isə Bakı Dövlət Universitetinin Biologiya fakültəsi Biokimya ixtisaslaşması üzrə magistratura səviyyəsi üzrə təhsil alıb. 2021-ci ildən Bakı Dövlət Universitetinin Biologiya fakültəsi Biotexnologiya (o cümlədən Bionanotexnologiya) ixtisası fəlsəfə doktoru proqramı üzrə qiyabi doktorantıdır. Dissertasiya işinin mövzusu: “Alüminium və dəmir-3-oksid nanohissəciklərin adi çəkinin (Cyprinus carpio L., 1758) embrional və postembrional inkişafına təsiri”. 2018-2019-cu illərdə Biologiya fakültəsi  Biokimya və biotexnologiya kafedrasında laborant vəzifəsində çalışmış, 2018-ci ildən Biofizika və Biokimya kafedrasının saathesabı müəllimidir. 2020-ci ildən Bakı Dövlət Universitetinin nəzdində yaradılmış tyutor kursunu bitirərək Kimya fakültəsində tyutor vəzifəsində çalışır.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət