Ümumi təhsil məktəbləri

Müasir dövrdə ali məktəbdə aparılan islahatlar müəllim kadrları hazırlığına daha məsuliyyətlə yanaşmağı tələb edir. Respublikamızın ictimai həyatında baş verən mütərəqqi dəyişikliklər, təhsil sisteminin köklü surətdə dəyişməsi, ali təhsilin Boloniya prosesinə qoşulması geniş dünyagörüşə, möhkəm əqidəyə, saf əxlaqa, zəngin mənəviyyata, yüksək elmi-nəzəri və pedaqoji-psixoloji hazırlığa malik olan yaradıcı müəllim kadrlarına ehtiyac doğurur. Bu işdə “ağırlıq mərkəzi” pedaqoji təcrübənin üzərinə düşür. Bu, ondan irəli gəlir ki, pedaqoji təcrübə prosesində təhsil-tərbiyə məsələləri kompleks şəkildə həll olunur. Pedaqoji təcrübə gələcək müəllimin psixoloji, pedaqoji, metodik, ixtisas hazırlığını təmin edir, ali məktəbdə tədris prosesində qazandığı nəzəri bilikləri dərinləşdirir, ümumi bacarıqlarını möhkəmləndirir, peşə ilə bağlı müvafiq bacarıqlar formalaşdırır, müəllimlik fəaliyyəti üçün zəruri olan şəxsi keyfiyyətləri inkişaf etdirir, yaradıcılıq təcrübəsini, təşəbbüskarlığı, müstəqil və tənqidi düşünməyi öyrədir. Bu baxımdan Kimya fakültəsində kimya müəllimliyi ixtisasında təhsil alan  tələbələrin gələcək müəllim kimi hərtərəfli hazırlığı məqsədi ilə Baki şəhərində yerləşən müxtəlif lisey və orta ümumi təhsil məktəblərində pedaqoji təcrübə keçmələri həyata keçirilir. Bu məqsədlə təcrübə başladığı gündən pedaqoqun məsləhəti və tələbənin təhkim olunduğu sinfin rəhbərinin iştirakı ilə hər bir tələbə pedaqoji təcrübənin fərdi planını tərtib edir. Pedaqoq tələbələrin fərdi planlarını təsdiq edir, təcrübə müddətində tələbələri fərdi planın icrasına istiqamətləndirir, onun icrasına nəzarət edir, qiymətləndirir və korreksiya işi aparır.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət