Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş «Kimyanın Aktual Problemləri» XIV Beynəlxalq Elmi Konfransı keçiriləcəkdir.
Konfransın proqramında göstərilən bölmələr üzrə materialların qəbulu və dinlənilməsi nəzərdə tutulur:
- Üzvi kimya, Neft kimyası, Yüksək molekullu birləşmələr kimyası
- Qeyri-üzvi kimya, Fiziki kimya, Analitik kimya, Kimyanın tədrisi metodikası
Təqdim olunan materiallar aşağıdakı təlabatlara uyğun qəbul olunur:
- Materialın həcmi 1-2 səhifə A5 formatında 1 intervalla, (yuxarı, aşağı, sag 1,5 sm; soldan 2 sm olmaqla) azərbaycan, rus və ya ingilis dilində Times New Roman-12 şriftləri ilə çap olunmalıdır.
- Materiallar göndəriləcək mail: [email protected]
- Çıxış edəcək müəllifin adının altından xətt çəkilməli, İşlədiyi təşkilat və e-mail adresi gostərilməlidir.
Materialların tərtib olunma nümunəsi aşağıdakı kimidir:
СЕЛЕКТИВНОЕ ДИСПРОПОРЦИОНИРОВАНИЕ ЭТИЛБЕНЗОЛА НА МОДИФИЦИРОВАННЫХ ЦЕОЛИТАХ ТИПА ZSM-5
Ф.Ш.Керимли, С.Э.Мамедов
Бакинский Государственный Университет
Mətn
Ədəbiyyat
Konfransda iştirak etmək üçün tezislər 07 may 2021-ci il tarixə qədər təşkilat komitəsinə təqdim olunmalıdır.
Materialların konfransdan sonra cap olunması nəzərdə tutulub. Əvvəlcə nəşr olunmuş, elmi yeniliyi olmayan, standartlara cavab verməyən materiallar təşkilat komitəsi tərəfindən geri qaytarılacaq!
Ünvan: Bakı şəhəri Z.Xəlilov küç. 23, BDU-nun kimya fakultəsi 377-ci otaq.
Əlaqə telefonu: (+994)12-539-09-53, (+994)55-834-50-43 (+994)70-680-14-99
Məsul katib: Ofelya Balayeva