Azərsun Holdinq MMC vakansiya elan edir
Vakansiya: İnspektor
Tələblər:
• Kimya, Kimya mühəndisliyi üzrə ali təhsilli olmalı;
• Təcrübə tələb olunmur;
• MS Office proqramlarını bilməli;
• Dil bilikləri arzu olunandır.
İş haqqında məlumat:
• Qida təhlükəsizliyi və gigiyena ilə əlaqədar prosedurların (ISO 22000/2015- 9001) tələb etdiyi qaydalara riayət edilməsinə nəzarət etməli;
• Depoda meyvə-tərəvəz məhsullarının qəbulu zamanı saxlanma şəraitinə, satışa yararlılığına nəzarət etməli;
• Xam yağları kimyəvi, fiziki, mikrobioloji tərkibininə və orqanoleptik parametrlərinə görə yoxlamalı;
• İstehsal edilən məhsulların keyfiyyət standartlarına uyğunluğunu yoxlamalı;
• İstehsal edilən məhsulların keyfiyyəti ilə bağlı uyğunsuzluqları təsbit etməli;
• Tədqiq sonrası hesabat hazırlamalı, əlaqədar müəssisə rəhbərinə göndərməlidir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “İnspektor (BDU) qeyd etməyiniz xahiş olunur.
İş Yeri: Bakı (Təmizlik Kağızları Fabriki, Xam kağız Fabriki), İmişli (Qida Agro MMC, AŞİB MMC), Biləsuvar (Biləsuvar Konserv Fabriki), Zaqatala (Zaqatala Fındıq Zavodu), Xaçmaz (Xaçmaz Konserv Fabriki), Lənkəran (Konserv Fabriki), Kürdəmir (Kürdəmir Süd Emalı Zavodu)
İş Qrafiki: Növbəli iş qrafiki.
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.