Çinarə Allahverdi qızı Məmmədovanın kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçiriləcək
11 may 2022-ci il tarixində saat 12:00-da Bakı Dövlət Universitetinin Analitik kimya kafedrasının doktorantı Çinarə Allahverdi qızı Məmmədovanın BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.16- dissertasiya şurasının tərkibində fəaliyyət göstərən 2301.01- “Analitik kimya” ixtisası üzrə elmi seminarda fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Dəmir(III) və misin(II) hidrazon, aromatik amin əsaslı reagentlər ilə müxtəlifliqandlı kompleksləri fotometrik analizdə” mövzusunda dissertasiya işinin müzakirəsi keçiriləcək.
Dissertasiya işinin müzakirəsi 346 nömrəli auditoriyada canlı olaraq və Microsoft Teams Platforması üzərindən onlayn keçiriləcək.