ED 2.16 Dissertasiya Şurasının iclası keçiriləcək
13 oktyabr 2023-cü il tarixində Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən ED 2.16 Dissertasiya Şurasının ilk iclası keçiriləcəkdir. İclasda Gəncə Dövlət Universitetinin Biologiya-kimya fakültəsinin sabiq dissertantı Allahverdiyeva Gülnar Eldar qızının “Karbonilli birləşmələrin sintezi və onların əsasında müxtəlif N-, P-saxlayan birləşmələrin alınması” mövzusunda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 2306.01 – “Üzvi kimya” ixtisası üzrə təqdim etdiyi dissertasiya işinin və Naxçıvan Dövlət Universitetinin “Kimya” kafedrasının sabiq dissertantı Süsən Mirzamməd qızı Şirinovanın 2307.01 – “Fiziki kimya” ixtisası üzrə “Bimetallik seolit katalizatorları: sintezi, xassələri və düzdistillə benzinin çevrilməsində katalitik aktivliyi” mövzusunda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin təqdimatı keçiriləcəkdir.