Fizika elmləri doktoru, professor İmaməddin Rəcəbəli oğlu Əmiraslanovun ustad dərsi keçiriləcək
30 oktyabr saat 1200-da 346 saylı auditoriyada Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun “Kristalloqrafiya” laboratoriyasının müdiri, fizika elmləri doktoru, professor, Azərbaycan Dövlət Mükafatı, Beynəlxalq Qabaqcıl Elm Mükafatı (Frontiers Science Award) laureatı Imaməddin Rəcəbəli oğlu Əmiraslanovun “Fonsuz həndəsi ornamentlərin tarixi, evolyusiyası, üslub və tərzləri” mövzusunda ustad dərsi keçiriləcək.
Məruzədə:
- Azərbaycan və qonşu ölkələrin tətbiqi xalq sənətlərinin əsas istiqamətlərindən olan həndəsi ornamentlərin təsnifatı, onların kristal quruluşlarının proyeksiyaları ilə bənzərliyi, tarixi kökləri, coğrafi yayılma məkanları, çağdaş istifadəsi, fonsuzluq prinsipi və tessellation sənəti barədə düşüncələr təqdim olunacaq. Tarixi nümunələr əsasında din və sənət qarşılıqlı əlaqəsi müzakirə olunacaq. Müəllifin çəkdiyi tessellation nümunələri nümayiş olunacaq;
- Kvazikristalların kəşfi, Penrose örtükləri (torları) və Eynştein;
- NanoArt. Kristallaşmanın mikrofotoqrafiyası haqqında məlumat veriləcəkdir.