Müşkünaz Həsənovanın kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçiriləcək
30 mart 2022-ci il saat 1200-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasının dissertantı Müşkünaz Bəxtiyar qızı Həsənovanın BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.16- dissertasiya şurasının tərkibində fəaliyyət göstərən 2301.01- “Analitik kimya” ixtisası üzrə elmi seminarda fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Malein anhidridi əsaslı müxtəlif sorbentlərlə vanadium(V) ionunun qatılaşdırılması və fotometrik təyini” mövzusunda dissertasiya işinin müzakirəsi keçiriləcək.
Dissertasiya işinin müzakirəsi 346 nömrəli auditoriyada canlı olaraq və Microsoft Teams Platforması üzərindən onlayn keçiriləcək.