Sevinc Piri qızı Cavadovanın fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müzakirəsi keçiriləcək
30 aprel 2025-ci il saat 1000-da Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən ED 2.16 - Dissertasiya şurasının tərkibində fəaliyyət göstərən 2307.01-“Fiziki kimya” ixtisası üzrə elmi seminarda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun sabiq doktorantı Sevinc Piri qızı Cavadovanın fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Elektrokimyəvi üsulla Bi-Se sisteminin nazik təbəqələrinin sintezi və yarımkeçirici xassələrinin tədqiqi” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçiriləcək. Dissertasiya işinin müzakirəsi Kimya fakültəsində 346 nömrəli auditoriyada keçiriləcək.