Ülviyyə Rafiq qızı Bayramovanın kimya ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün elmi seminarda təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçiriləcək
30 may 2025–ci il tarixində saat 11:00–da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun sabiq dissertantı Ülviyyə Rafiq qızı Bayramovanın Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən ED 2.16- dissertasiya şurasının tərkibində fəaliyyət göstərən 2307.01- “Fiziki kimya” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün elmi seminarda təqdim etdiyi “Mis və gümüş argiroditlərinin və onlar əsasında bəzi bərk məhlulların faza çevrilmələrinin termodinamik tədqiqi” mövzusunda dissertasiya işinin müzakirəsi keçiriləcək. Dissertasiya işinin müzakirəsi üçüncü mərtəbə, 346 nömrəli auditoriyada keçiriləcək.