QISA BİOQRAFİK MƏLUMAT
6 aprel 1982-ci ildə Gəncə şəhərində anadan olub. 1999-cu ildə Gəncə şəhəri 34 saylı orta məktəbi bitirib.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
2003 Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Kimya ixtisası üzrə bakalvr pilləsi
2005 Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Neft kimyası ixtisası üzrə magistratura pilləsi
2009 "Neft kimyası" ixtisası üzrə kimya elmləri üzrə fəlsəfə doktoru. Dissertasiya işinin mövzusu: "Alkenilfenolların aminometil törəmələrinin sintezi və tədqiqi"
ƏMƏK FƏALİYYƏTİ
2003-2005 Bakı Dövlət Universiteti, Kimya fakültəsi, "Alkenilfenollar kimyası" ETL, laborant
2005-2007 Bakı Dövlət Universiteti, Kimya fakültəsi, "Alkenilfenollar kimyası" ETL, kiçik elmi işçi
2007-ci ildən Bakı Dövlət Universiteti, Kimya fakültəsi, "Alkenilfenollar kimyası" ETL, elmi işçi
hal-hazıradək
2009-cu ildən Bakı Dövlət Universiteti, Kimya fakültəsi, Neft kimyası və kimya texnologiyası kafedrasında saathesabı müəllim
hal-hazıradək
MÜKAFATLAR
2023 Kazaxstan Respublikasında Müstəqil Dövlətlər birliyinin elmi-təhsil müəssisələrində elmi-pedaqoji işçilər üçün keçirilən I Beynəlxalq müsabiqədə “Разработка экологически безопасных полимерных материалов и экономически выгодных синтетических сорбентов на основе алкенилфенолов” adlı məqaləyə görə “Yaxşı Elmi işçi-2023” layihəsinin qalibi olmuş, 1-ci dərəcəli medal və diplomla təltif olunmuşdur
ELMİ TƏDQİQAT SAHƏSİ
Neft kimyası və neft-kimyəvi sintez
Fenol birləşmələri əsasında texniki əhəmiyyətli maddələrin sintezi
BEYNƏLXALQ KONFRANSLARDA, SİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAKI
2022 İnternational Conference “Modern problems of theoretical and experimental chemistry”, devoted to the 90th anniversary of Academician Rafiga Aliyeva, Baku
2021 Uluslararası Novruz kongresi, Shusha
2020 V Beynəlxalq elmi-praktiki konfrans, Almetyevsk
2020 1st International Scientific and Practical Conference, Oslo
2019 26 Beynəlxalq kofrans „Riyaziyyat. Kompüter. Təhsil“, Moskva
2018 III Beynəlxalq konfrans, Almetyevsk
2009 XII beynəlxalq NMR konfransı, Kazan
ÖLKƏDAXİLİ VƏ BEYNƏLXALQ LAYİHƏLƏR
2011-2013 Polifunksional polimerlәrin sintezi vә onların Kür çayının ağır metal, radionuklid çirklәndiricilәrinin region ekosisteminә tәsirinin qiymәtlәndirilmәsindә tәtbiqi (№ EİF-2011-1(3)-82/68/4-M-40), Donor təşkilat: Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnşikaf Fondu, İştirakçı
2006-2008 PTFE sənaye tullantılarının zərərsizləşdirilməsi beynəlxalq terrorizmlə mübarizə vasitəsi kimi (3840 STCU), Donor təşkilat: Ukrayna Elmi-texnoloji mərkəz (STCU), İştirakçı