1-ci kurs tələbələri ilə görüş
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində birinci kurs tələbələri ilə görüş keçirilib. Görüş Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutu və Dövlət himnimizin səsləndirilməsilə başlanmışdır. Görüşdə iştirak edən fakültə dekanı Fuad Kərimli tələbə adını qazanmış gəncləri təbrik edərək fakültə haqqında onlara ətraflı məlumat verib. Dekan bildirib ki, ölkənin flaqman elm ocağı olan BDU-da keyfiyyətli təhsil üçün müasir infrastruktur mövcuddur və tədris prosesində müasir kommunikasiya texnologiyalarının verdiyi imkanlardan geniş istifadə olunur. Görüşdə Kimya fakültəsinin dekan müavinləri, kafedra müdirləri iştirak ediblər.