Rəhilə xanım Hüseyinovanın 70 illik yubileyidir
-(6)-lg.jpg)
Bakı Dövlət Universitetinin Kimya fakültəsinin əməkdaşlarının və tələbələrinin böyük rəğbətini və hörmətini qazanan, Neft kimyası və kimya texnologiyası kafedrasının dəyərli dosenti Rəhilə xanım Hüseyinovanın 70 illik yubileyidir. Rəhilə xanım 1979-cu ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirib, 2008-ci ildə dosent adına laiq görülüb. O, mehribanlığı və daim gülümsəyən siması ilə kollektivin və tələbələrin qəlbində xüsusi yer tutur. Rəhilə Hüseyinovanın 160-dən çox elmi işin, 2 metodik vəsaitin, 3 müəlliflik şəadətnaməsinin, 1 Azərbaycan patentinin müəllifidir. 2019 "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının Yubiley Medalı ilə təltif edilib. Elmə verdiyi töhfələr, tələbələrə göstərdiyi qayğı ilə seçilən fakültəmizin hörmətli,sevilən simalarından birinə çevrilmiş Rəhilə xanımı səmimi qəlbdən təbrik edir,cansağlığı, xoşbəxtlik, ailə səadəti və elmi uğurlar arzulayırıq.