8 Noyabr - Zəfər Gününün 6-cı il dönümü münasibəti ilə Hərbi Memorial Məzarlığa yürüş keçirilib
28 Oktyabr 2026 13:57

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününün 6-cı il dönümü münasibəti ilə Hərbi Memorial Məzarlığa yürüş keçirilib.
Yürüşün əsas məqsədi Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini yad etmək, onların göstərdikləri misilsiz qəhrəmanlığı və fədakarlığı gənc nəslə aşılamaq, tələbələr arasında vətənpərvərlik ruhunu gücləndirmək olub.
Kimya fakültəsinin tələbələri Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparmış qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edərək, onların xalqımızın yaddaşında daim yaşayacağını vurğulayıblar. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər xalqımızın birliyinin, ordumuzun gücünün və əsgərlərimizin qəhrəmanlığının parlaq təcəssümüdür.
Zəfər Gününə həsr olunan bu cür tədbirlər gənclərin milli-mənəvi dəyərlərə bağlılığının artırılması, tarixi yaddaşın qorunması və şəhidlərimizin əziz xatirəsinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.
Son XƏBƏRLƏR
27.10.2026 | 13:17
Kimya fakültəsi Elmi Şurasının iclası keçirilmişdir
26.10.2026 | 16:38
Əməkdaşımız Beynəlxalq Elmi-Praktik konfransında əsas məruzəçi qismində iştirak etdi
26.10.2026 | 16:16
“Şəhərsalmanın inkişafında təbii ehtiyatlardan istifadə və milli memarlığın qorunması” mövzusunda elmi seminar keçirilib
26.10.2026 | 16:13