Əməkdaşımız Beynəlxalq Elmi-Praktik konfransında əsas məruzəçi qismində iştirak etdi
-lg.jpg)
Analitik kimya kafedrasının müdiri Çıraqov Famil Musa oğlu 22-23 oktyabr 2026-cı il tarixində Özbəkistanın Daşkənd şəhərində keçirilən “Kompleks birləşmələrin kimyası, qiymətli və nadir metalların kimyası, analitikası və texnologiyaları: aktual problemlər və perspektivlər” adlı Beynəlxalq Elmi-Praktik konfransında əsas məruzəçi qismində iştirak etmiş, “Bakı Dövlət Universitetində koordinasion birləşmələrin tədqiqi” mövzusunda çıxış etmişdir. Konfransda dünyanın 20-dən çox ölkəsindən aparıcı alimlər bir araya gələrək fikir mübadiləsi aparmış, son elmi nailiyyətləri bölüşmüş, həmçinin kimya sahəsində mövcud problemləri və gələcək perspektivləri müzakirə etmişlər. Ayın 23-ü tarixində həmin universitetin nəzdindəki müdafiə şurasında Rozzokova Surayənin doktorluq dissertasiya müdafiəsində rəsmi opponent qismində çıxış etmişdir.