Hərbi Qənimətlər Parkına ekskursiya təşkil olunub
26 Oktyabr 2026 16:13
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Kimya Tələbə Gənclər Təşkilatı (TGT) və "BDU Könüllüləri" təşkilatlarının birgə təşkilatçılığı ilə Hərbi Qənimətlər Parkına ekskursiya təşkil olunub. Ekskursiya zamanı tələbələr parkda nümayiş etdirilən tanklar, zirehli texnikalar, artilleriya qurğuları, raket sistemləri, müxtəlif növ silah-sursatlar,qısacası Vətən müharibəsi zamanı düşməndən qənimət götürülmüş hərbi texnikalarla tanış olublar. Tələbələr Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin əhəmiyyətini bir daha dərindən dərk edib, ölkəmizin hərbi qüdrəti və qəhrəmanlıq salnaməsi haqqında məlumat əldə ediblər. Ekskursiyanın sonunda tələbələr birgə xatirə fotosu çekdiriblər.Belə maarifləndirici ekskursiyalar gənclərin milli ruhunun gücləndirilməsi, tarixi yaddaşın qorunması və tələbələr arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Son XƏBƏRLƏR
26.10.2026 | 16:16
“Şəhərsalmanın inkişafında təbii ehtiyatlardan istifadə və milli memarlığın qorunması” mövzusunda elmi seminar keçirilib
23.10.2026 | 16:09
“İkili Diplom Proqramı: Təcrübə və Perspektivlər” adlı maarifləndirici görüş keçirilib
22.10.2026 | 12:36
“Biomedicine: From Discovery to Impact” adlı təlim keçirilmişdir
19.10.2026 | 16:25
18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib
12.10.2026 | 11:37