"Kimyanın sehri" adlı tədbir keçirildi

Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə "Kimyanın sehri" adlı tədbir keçirilmişdir. Tədbir zamanı fakültənin tələbələrinin iştirakı ilə bir sıra maraqlı kimyəvi təcrübələr nümayiş etdirilib. Təcrübələr zamanı "fil dişi məcunu“ reaksiyası, vulkan reaksiyası, bikromat-xromat rəng dəyişmə reaksiyası, süni qan reaksiyası və soyuq alov reaksiyası" həyata keçirilib. Təcrübələrin məqsədi tələbələrdə kimyəvi reaksiyaların mexanizmlərinə dair anlayışı möhkəmləndirmək, həmçinin elmi prosesi əyani şəkildə nümayiş etdirmək olub. Tədbir zamanı reaksiyaların həm nəzəri izahı, həm də praktiki tətbiqi izah olunub. "Suni qan və soyuq alov" reaksiyasında iştirakçı tələbələr də könüllü şəkildə iştirak etmişdir. Tədbir tələbələrin böyük marağına səbəb olub. Onlar müxtəlif maddələrin qarşılıqlı təsiri nəticəsində baş verən rəng dəyişmələri, qaz ayrılmaları və istilik effekti kimi prosesləri yaxından müşahidə ediblər. Təcrübələrin sonunda iştirakçılarla xatirə fotosu çəkildi.