5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
5 Oktyabr 2026 11:42

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatı (TGT) və könüllülərin birgə təşkilatçılığı ilə 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov açıq elan edib. Çıxışı zamanı müəllimlik peşəsinin cəmiyyətin inkişafındakı əhəmiyyətindən danışan dekan müavini müəllimlərin gənc nəslin formalaşmasında, onların elmə və təhsilə yönəlməsində mühüm rol oynadığını vurğulayıb. O, tələbə-müəllim münasibətlərinin qarşılıqlı hörmət və etimada əsaslanmasının vacibliyini qeyd edərək, bütün müəllimləri peşə bayramı münasibətilə təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra BDU Kimya fakültəsinin Ümumi və qeyri-üzvi kimya kafedrasının müdiri Yasin Cəfərov çıxış edib. O, müəllimlik fəaliyyətinin yalnız biliklərin tələbələrə ötürülməsi ilə məhdudlaşmadığını, eyni zamanda gənclərin dünyagörüşünün, elmi düşüncəsinin və gələcək peşə fəaliyyətinin formalaşmasında mühüm rol oynadığını bildirib. Yasin Cəfərov müəllim və tələbə arasında sağlam ünsiyyətin, qarşılıqlı hörmətin və elmi əməkdaşlığın təhsilin keyfiyyətinə müsbət təsir göstərdiyini qeyd edib. Tədbirin davamında fakültə tələbələri Nəzrin Ağazadə, Nuray Babayeva və Elay Kərimli çıxış ediblər. Tələbələr öz çıxışlarında müəllimlərin onların həyatında və təhsil yolunda tutduğu xüsusi mövqedən bəhs edib, müəllimlərinə göstərdikləri qayğı, səbir və fədakarlığa görə təşəkkürlərini bildiriblər. Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd müəllim əməyinə olan hörmət və ehtiramı ifadə etmək, tələbə-müəllim münasibətlərini daha da möhkəmləndirmək və bu əlamətdar günü birlikdə qeyd etmək olub.
Son XƏBƏRLƏR
05.10.2026 | 14:33
I kurs tələbələri ilə tanışlıq və məlumatlandırıcı görüş keçirilib
02.10.2026 | 17:38
“Cəbrayıl: Yaddaşdan Gələcəyə” adlı tədbir keçirildi
01.10.2026 | 13:41
Fiziki və kolloid kimya kafedrasında elmi seminar keçirildi
30.09.2026 | 16:20
I kurs tələbələri Heydər Əliyev Muzeyinə ekskursiya ediblər
29.09.2026 | 11:56