“Xarı bülbülün zəfər nəğməsi” adlı tədbir keçirilib
-lg.jpg)
Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Xarı bülbülün zəfər nəğməsi” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə ilk olaraq Kimya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanovaya söz verilib. O, çıxışında 8 Noyabr - Zəfər Gününün Azərbaycan xalqının tarixindəki mühüm yerindən, əldə olunan tarixi qələbənin milli birliyimizin və dövlətimizin gücünün təcəssümü olmasından bəhs edib.Daha sonra Vətən müharibəsi qazisi İsmayıl Hacıyev çıxış edərək 44 günlük Vətən müharibəsi zamanı yaşananlardan, döyüş yoldaşlarının qəhrəmanlığından və torpaqlarımızın azadlığı uğrunda göstərilən fədakarlıqdan danışıb. O, Zəfərin əldə olunmasında şəhidlərin və qazilərin göstərdiyi şücaətin heç zaman unudulmamalı olduğunu vurğulayıb. Ardınca Vətən müharibəsi qazisi Həzi İmanov çıxış edərək müharibə dövründə yaşadığı təcrübələri bölüşüb, Azərbaycan əsgərinin yüksək döyüş ruhundan, Vətənə bağlılığından və qələbəyə aparan mübarizə əzmindən bəhs edib. Tədbir çərçivəsində fakültə tələbələrinin təqdimatında bədii və ədəbi çıxışlar da yer alıb. Fakültənin II kurs tələbəsi Nuray Babayeva Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətini əks etdirən çıxışı ilə tədbirə töhfə verib. I kurs tələbəsi Aytən Piriyeva isə Vətən müharibəsi iştirakçısı olan qardaşının müharibə dövründə yazdığı şeiri səsləndirib. Şeir Vətən sevgisini, döyüş ruhunu və torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizənin mənəvi dəyərini əks etdirib.Daha sonra I kurs tələbəsi Nəzrin Nağı tərəfindən “Xudayar təsnifi” ifa olunub. Musiqi nömrəsi tədbirin bədii proqramına xüsusi rəng qatıb. Proqramın davamında III kurs tələbəsi Zeynəb Rəhimli və I kurs tələbəsi Fatimə Cavadzadə Zəfər Gününə həsr olunmuş çıxışlarını təqdim ediblər. Tədbirin sonunda fakültənin I kurs tələbəsi Amin Baxşıyevin 8 Noyabr - Zəfər Gününə həsr etdiyi videoçarx nümayiş olunub.