Faydalı Qazıntılar Muzeyinə ekskursiyası təşkil olunub
8 Oktyabr 2026 15:30

Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə I kurs tələbələrinin universitetin Faydalı Qazıntılar Muzeyinə ekskursiyası təşkil olunub. Ekskursiyanın əsas məqsədi tələbələrin faydalı qazıntılar, müxtəlif minerallar və süxurlar haqqında nəzəri biliklərini genişləndirmək, tədris prosesində əldə etdikləri məlumatları praktiki və vizual şəkildə mənimsəmələrinə şərait yaratmaq olub. Ekskursiya zamanı tələbələr muzeydə nümayiş etdirilən müxtəlif faydalı qazıntı nümunələri, minerallar, süxurlar və geoloji materiallarla yaxından tanış olublar. Muzeyin ekspozisiyasında təqdim olunan nümunələr haqqında tələbələrə ətraflı məlumat verilib, onların yaranma xüsusiyyətləri, tərkibi, fiziki-kimyəvi xassələri və müxtəlif sahələrdə tətbiqi barədə izahlar təqdim olunub. Tələbələr müxtəlif mineral və süxur nümunələrini yaxından müşahidə etmək, onların xüsusiyyətləri ilə tanış olmaq və kimya elmi ilə faydalı qazıntılar arasındakı əlaqəni daha aydın şəkildə görmək imkanı əldə ediblər. Ekskursiya I kurs tələbələrinin həm elmi dünyagörüşünün formalaşmasına, həm də universitet mühitinə daha yaxından uyğunlaşmasına töhfə verib. Sonda tələbələr muzeydə xatirə fotosu çəkdiriblər.
Son XƏBƏRLƏR
08.10.2026 | 15:32
Lingua Conversation Club tərəfindən kimya fakültəsinin tələbələr üçün ilk təlim keçirilib
05.10.2026 | 14:33
I kurs tələbələri ilə tanışlıq və məlumatlandırıcı görüş keçirilib
05.10.2026 | 11:42
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
02.10.2026 | 17:38
“Cəbrayıl: Yaddaşdan Gələcəyə” adlı tədbir keçirildi
01.10.2026 | 13:41