I kurs tələbələri ilə tanışlıq və məlumatlandırıcı görüş keçirilib
-lg.jpg)
Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatı (TGT) tərəfindən I kurs tələbələri ilə tanışlıq və məlumatlandırıcı görüş keçirilib. Görüş zamanı tələbələrə Tələbə Gənclər Təşkilatının fəaliyyəti, qarşıdakı fəaliyyət planı, həyata keçirilən layihələr və təşkilatın nəzdində fəaliyyət göstərən müxtəlif klublar haqqında ətraflı məlumat verilib. Daha sonra TGT İdarə Heyətinin aktiv üzvü tərəfindən tələbələrə təşkilatın həyata keçirdiyi müxtəlif tədbirlərdən görüntülər təqdim olunub. Tədbirlər zamanı çəkilmiş foto və video materiallar vasitəsilə tələbələr TGT-nin fəaliyyət istiqamətləri, təşkil olunan layihələr və tələbələrin bu fəaliyyətlərdə iştirakı barədə daha ətraflı məlumat əldə ediblər. Daha sonra Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının fəaliyyətini əks etdirən tanıtım videosu nümayiş etdirilib. Tədbirin növbəti hissəsində I kurs tələbələri ilə səmimi və interaktiv sual-cavab sessiyası keçirilib. Tələbələri maraqlandıran suallar cavablandırılıb, onların fikir və təklifləri dinlənilib. Görüş tələbələrin universitet həyatına daha fəal inteqrasiyası, TGT-nin fəaliyyəti ilə yaxından tanış olmaları və tələbələr arasında qarşılıqlı ünsiyyətin gücləndirilməsi baxımından faydalı olub.