Lingua Conversation Club tərəfindən kimya fakültəsinin tələbələr üçün ilk təlim keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Lingua Conversation Club tərəfindən kimya fakültəsinin tələbələr üçün ilk təlim keçirilib.
Təlimi klubun sədri Ofelya Musazadə idarə edib. İlk olaraq tələbələrə klubun fəaliyyəti və məqsədləri haqqında məlumat verilib.
Təlim zamanı tələbələrə müxtəlif fraezoloji birləşmələr izah olunub, daha sonra onların həm dil biliklərini, həm də çevik düşünmə bacarıqlarını inkişaf etdirməyə yönəlmiş interaktiv oyunlar keçirilib.
İlk olaraq “Chemical Taboo”, daha sonra “Forbidden Words” və “4–5 Second Challenge” oyunları təşkil olunub. Oyunlar zamanı tələbələr ingilis dilində ünsiyyət quraraq yeni söz və ifadələr öyrənib, eyni zamanda əyləncəli vaxt keçiriblər.
Təlim tələbələrin fəal iştirakı və marağı ilə yadda qalıb. Qarşıdakı dövrdə Lingua Conversation Club tərəfindən bu istiqamətdə müxtəlif maarifləndirici və interaktiv təlimlərin keçirilməsi nəzərdə tutulur.