“Cəbrayıl: Yaddaşdan Gələcəyə” adlı tədbir keçirildi
2 Oktyabr 2026 17:38

Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 4 Oktyabr – Cəbrayıl rayonunun işğaldan azad olunması günü münasibətilə “Cəbrayıl: Yaddaşdan Gələcəyə” adlı tədbir keçirildi.
Tədbir zamanı Cəbrayılın qədim və zəngin tarixi, işğal illərində yaşadığı çətinliklər, Vətən müharibəsi zamanı qazanılan Zəfər və bu gün rayonun yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı layihələrdən bəhs olunub.
Fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov çıxış edərək Cəbrayılın tarixindən, keçmişdəki həyatından və bu gün azad edilmiş torpaqlarda aparılan quruculuq işlərindən geniş şəkildə danışaraq, doğma torpağın xalqımız üçün yalnız bir ərazi deyil, milli yaddaşımızın və tariximizin ayrılmaz hissəsi olduğunu vurğuladı.
Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafı, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və Qarabağın gələcəyi ilə bağlı müəyyən etdiyi strateji xəttin bu gün də davam etdirildiyi diqqətə çatdırıldı. Bu siyasi xəttin davamı olaraq işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, Cəbrayılın müasir şəhər və yaşayış məkanına çevrilməsi istiqamətində görülən işləri xüsusi qeyd edib.
Tələbələrimizin çıxışlarında isə Cəbrayıl torpağının tarixi və mənəvi əhəmiyyəti, Vətən uğrunda göstərilən qəhrəmanlıq və gənc nəslin milli dəyərlərimizin qorunmasında rolu öz əksini tapdı.
Bu tədbir bir daha göstərdi ki, Cəbrayılın tarixi yalnız keçmişin xatirəsi deyil, bu günün quruculuğu və gələcəyin ümididir.
Son XƏBƏRLƏR
01.10.2026 | 13:41
Fiziki və kolloid kimya kafedrasında elmi seminar keçirildi
30.09.2026 | 16:20
I kurs tələbələri Heydər Əliyev Muzeyinə ekskursiya ediblər
29.09.2026 | 11:56