Heydər Əliyev və Azərbaycanın neft strategiyası
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanın neft strategiyası" adlı tədbir keçirilmişdir. Tədbirdə çıxış edən fakültə dekanı Fuad Kərimli Ulu Öndərin hakimiyyətə gəlişindən sonra Azərbaycanın inkişafında rolu, gördüyü işlər haqqında geniş məlumat verdi. O, bildirdi ki, məhz Ümumimilli Lider Heydər Əliyevin sayəsində Azərbaycanın neft strategiyası formalaşmış və ölkəmiz regionun nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. Fakültə dekanı çıxışında uğurlu siyasətin layiqli davamçısı preziden İlham Əliyevin ölkədə və beynəlxalq aləmdə gördüyü işləri tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.Sonra tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinın akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru YAP İdarə Heyətinin üzvü Əfsun Sucayev çıxış edərək Heydər Əliyev hakimiyyətinin bütün illərini bir neçə mərhələyə bölərək dərindən analizini aparmış, Ulu Öndərin təhsil, elm, yüngül və ağır sənaye, kadr hazırlığı sahələrində fədakər əməyini vurğulamış, onun xalqımızın xilaskarı və dahi lideri olduğunu qeyd etmişdir. Sonda Kimya fakültəsi Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri İbrahim Məmmədov təqdimat şəklində “Ümumimilli Lider və Azərbaycanın neft strategiyası” mövzusunda çıxış etmişdir. O, çıxışında ötən əsrin 70-80-ci illərində H.Əliyevin Xəzər dənizinin təbbi ehtiyyatlarının öyrənilməsi və istifadəsi sahəsində gördüyü işlər, Bakıda neft emalı, dərin dəniz özülləri zavodlarının inşası ilə əlaqədar məsələlər, Azərbaycanın əsas neft-qaz ixrac kəmərləri, neft strategiyası və Vətən müharibəsində qələbəmiz haqqında geniş məlumatlar vermişdir. Kimya fakültəsinin I kurs tələbəsi Nailə Tağıyevanın təqdimatında şeir dinlənildikdən sonra Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib.