Kimya fakültəsində Novruz bayramı
Kimya və Filologiya fakültələri tərəfindən “Torpaq çərşənbəsi”nə və Novruz bayramına həsr olunan tədbir keçirilib.
Bakı Dövlət Universitetinin (BDU) Kimya və Filologiya fakültələri tərəfindən Novruz çərşənbələrinin sonuncusu olan “Torpaq çərşənbəsi”nə və Bahar bayramına həsr olunan tədbir keçirilib. Tədbirdə çıxış edən Kimya fakültəsinin dekanı Fuad Kərimli, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, dekan müavini Taleh Qəhrəmanov, Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov, Kimya fakültəsinin TGT-nın sədri Əli Qədirli bu əziz gündə şəhidlərimizin rühunu ehtiramla yad edərək, İlaxır çərşənbə və qarşıdan gələn Bahar bayramı münasibətilə xalqımızı və tədbir iştirakçılarını təbrik edərək bildirdilər ki, Novruzun milli-mənəvi dəyərlərimizin və adətlərimizin qorunub saxlanmasında özünəməxsus yeri var, bu bayram xalqımızın tarixi keçmişinə sarsılmaz tellərlə bağlılığının rəmzidir. Son illər yurdumuza gələn Bahar da başqa bir abu-havadadır. Bu gün Şuşada, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəndilanda, Ağdamda, Füzulidə, Qubadlıda, qalanan tonqal, bu torpaqlarda arzularımızın çin olması deməkdir. Torpaq çərşənbəsinin, yazın gəlişindən xəbər verən Novruz bayramının Azərbaycanın tarıxı torpağının bir parçası olan Qarabağda qeyd edilməsi uzun illərin həsrətinə son qoydu. İlaxır çərşənbələrin və Novruz bayramının mahiyyətində də xalqımızın birliyi, həmrətliyi dayanır. Ali Baş Komandanın uğurlu siyasəti, qətiyyəti, xalqımızın və dövlətimizin həmrəyliyi nəticəsində Azərbaycan oğulları düşmən tapdağı altında olan torpaqlarımıza yeni nəfəs gətirdi. Bahrın gəlişi ilə torpağının hər qarışına yeni nəfəs gələn yurdumuzda- işğaldan azad olunmuş torpaqlarımızda Müzəffər Ali Baş Komabndan İlham Əliyevin rəhbərliyi İlə başlanan abadlıq-quruculuq işləri hər birimizdə qürur hissi yaradaır, sevincimizə sevinc qatır. Tədbirdə Kimya və Filologiya fakültələrinin tələbələri Cəmilə Ənnağıyeva, Məlahət Kərimli, Yasəmən Qasımlı, Arzu Abidinova, Fatma İsmayılova, Aidə Asimova, Musa Süleymanov, Səbuhi Haqverdiyev, Bağdad İmamverdiyeva, Zülfüqar Muxtarlı, Turanə Sadiqi, Fərid İsmayıllı, Xədicə Hüseyn, Taleh Gülalıyev, Fatimə Ələkbərova, Röyal Yusifli, Fatimə Mustafazadə, Xədicə Hüseyn, Fatimə Ələkbərova, Fatma İsmayılova, Ayşən Kalbalıyev, Arzu Abidinova, Mehrəngiz Qurbanova, Sunay Mustafazadə, Şüşəxanım Vəliyeva, Lumu İspəndiyarzadə tərəfindən hazırlanmış müxtəlif musiqilər, rəqslər, əyləncəli səhnələr nümayiş etdirilmiş, Novruz bayramına aid şeirlər səsləndirilmişdir.