Kimya fakültəsinin tələbələri infoturda
Kimya fakültəsinin 2025-ci il üçün sosial istiqamətdə tədbirlər planının 2-ci bölməsinin 2.3 bəndinə (Gənclərin bilik və bacarıqlarının artırılmasını təmin edən təlimlərin keçirilməsi) uyğun olaraq Kimya fakültəsinin tələbələrinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutuna infoturu təşkil olunub. Səfərin əsas məqsədi tələbələri institutunun elmi-tədqiqat laboratoriyaları ilə yaxından tanış etmək, onların elmi mühit haqqında daha ətraflı məlumat əldə etməsinə şərait yaratmaq və gələcək tədqiqat fəaliyyətlərində faydalı ola biləcək praktik tövsiyyələr verməkdir. Tələbələrə ilk öncə laboratoriyalardakı təhlükəsizlik qaydaları barədə məlumat verilib. Tələbələr bu institutda aparılan elmi-tədqiqat işlərini real iş şəraitində izləmək imkanı əldə edir, cihaz-avadanlıqların iş prinsipi, fiziki-kimyəvi analiz üsulları və aparılan tətdqiqatların mahiyyəti ilə yaxından tanış olur, müasir kimyanın aktual problemləri, o cümlədən tətbiq əhəmiyyətli yeni materiallar hazırlanması istiqamətlərində təcrübi biliklər toplayırlar. Kimya profilli elmi-tədqiqat institutları ilə əlaqələrin qurulması və tələbələrin bu işdə aktiv iştrakı ölkəmizdə, eləcə də BDU-da elmlə təhsilin inteqrasiyası istiqamətində atılan uğurlu addımlardan biri hesab olunur.