“Güclü dövlətin təməli – Azərbaycan gəncliyi” adlı forum keçirilib
30 Yanvar 2026 12:39

Bakı Dövlət Universiteti və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş, Ümummilli Lider Heydər Əliyevin gənclər siyasəti və Prezident İlham Əliyevin gələcəyə strateji baxışı kontekstində “Güclü dövlətin təməli – Azərbaycan gəncliyi” adlı forum keçirilib. Forumda dövlət gənclər siyasətinin əsas istiqamətləri, gənclərin təhsil, elm və ictimai həyatda fəal iştirakı, eləcə də ölkənin gələcək inkişafındakı rolu ətrafında geniş müzakirələr aparılıb.
Forum çərçivəsində Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Mehriban Ağabəyli, Kimya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Əfsanə Yusifova və fakültənin IV kurs tələbəsi Səbuhi Allahverdiyev ictimai və sosial fəaliyyətlərdə göstərdikləri fəallığa görə təltif olunublar.
Son XƏBƏRLƏR
08.07.2026 | 00:25
Kimya fənni üzrə IV Respublika Olimpiadasının qalibləri mükafatlandırıldı
06.07.2026 | 00:20
Kimya fakültəsinin Elmi Şurasının 12 saylı iclası keçirilib
30.06.2026 | 21:11
Kimya fakültəsində bakalavriatura səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsinə başlanılmışdır
30.06.2026 | 20:54
İkili diplom proqramı çərçivəsində magistrantın dissertasiya müdafiəsi olub
24.06.2026 | 21:45