“Xonça Şirniyyat Fabriki”nə ekskursiya təşkil olundu
23 aprel 2025-ci il tarixində Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Veysəloğlu Şirkətlər Qrupuna məxsus “Xonça Şirniyyat Fabriki”nə ekskursiya təşkil olunmuşdur. Ekskursiya çərçivəsində ilk olaraq tələbələrə fabrikin daxili qayda-qanunları, təmizlik, nizam-intizam və təhlükəsizlik qaydaları barədə ətraflı təlim təqdim edilmişdir. Daha sonra tələbələr fabrikin müxtəlif istehsalat sahələri ilə tanış olmuş, şirniyyat, tort, ət məmulatları və digər bölmələrin iş prinsiplərini yerində müşahidə etmişlər. Ekskursiyanın sonunda fabrik haqqında təqdimat videoçarxı nümayiş etdirilmiş və tələbələrə müəssisənin fəaliyyəti, istehsal prosesi və keyfiyyət standartları barədə əlavə məlumat verilmişdir. Bu ekskursiya tələbələrə istehsalat prosesi ilə bağlı praktik biliklər qazandırmaqla yanaşı, onların əmək bazarı ilə tanış olmalarına mühüm töhfə vermişdir.