12 noyabr-Konstitusiya günü
11 noyabr 2021-ci il tarixində Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə "12 noyabr-Konstitusiya günü" adlı onlayn tədbir keçirilmişdir.
Kimya fakültəsinin Sosial məsələlər və Tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhramanov çıxış edərək tədbir iştirakçılarını 12 noyabr Konstitusiya günü münasibətilə təbrik edib, Ümummilli lider Heydər Əliyevin memarı olduğu, müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiyamızın hakimiyyətin əldə еdilməsinin sivil yolunu müəyyənləşdirdiyini, hakimiyyətin sosial subyеktlər arasında paylanmasının əsaslarını və məqsədlərini müəyyən еtdiyini, qanunvеricilik sistеmini formalaşdırdığını və bütün qanunvеricilik sistеminin əsasını təşkil etdiyini vurğulamış və bildirmişdir ki, Azərbaycan Respublikasının Konstitusiya günü bu il daha fərqli əhval-ruhiyyədə qeyd olunur. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında şanlı tarix yazaraq ərazi bütövlüyümüzü bərpa edib, uzun illər sürən tarixi ədalətsizliyə son qoyub. Konstitusiya günümüz bu il uzun müddətdən sonra ərazi bütövlüyünü bərpa etmiş ölkəmizin hər bir yerində böyük qürur və iftixar hissi ilə qeyd olunur.
Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıbaba Mustafayev Azərbaycanın yeni konstitusiyasının ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarına əsas təminatlar yaratdığını, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil etdiyini, onun beynəlxalq hüquq normalarına uyğunlaşdırıldığı və beynəlxalq hüquqi əhəmiyyətini qeyd edib.
Tədbirdə Kimya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Mədinə Cəfərova, tələblərdən Ləman Mustafayeva, Mehriban Ağabəyli, Çinarə Nağızadə və Aydan Bağırova 12 noyabr Konstitusiya gününə aid müxtəlif mövzularda çıxış ediblər.