Tələbələrimizin COP29-da könüllülük fəaliyyəti
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-COP29 çərçivəsində keçirilən tədbirlərdə Kimya fakültəsinin tələbələri Olimpiya stadionunun Food Safety Team Blue zonasında (rəsmi qonaqlar üçün) fəal könüllük fəaliyyətini davam etdirir. COP29-un Azərbaycanda keçirilməsi gənc fəallar üçün qlobal iqlim siyasətinə töhfə vermək baxımından mühüm platformadır. Gənclərimizin bu sahədə aktivliyi milli təəssübkeşlik nümunəsi olmaqla yanaşı, ekoloji siyasətə böyük dəstəkdir. Fakültəmizin tələbələri ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən rasional istifadəni təbliğ edir, qida məhsullarının keyfiyyətinə nəzarət, gigiyenik qaydalara və təmizliyə nəzarət, anbarların diqqətdə saxlanması, qonaqlara lazımi informasiyaların verilməsində yaxından iştirak edirlər, nümayəndə heyətlərinə köməklik göstərir və konfransın uğuruna töhfə verirlər. Tələbələrimizə uğurlar arzu edirik.