Kimya fakültəsinin əməkdaşının məqaləsi Q1 kvartilli jurnalda dərc olunub
Bakı Dövlət Universitetinin Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müdiri, professor Rasim Alosmanovun həmmüəllifi olduğu «Separation and enrichment of Cd and Pb from food and water samples based on a graphene oxide-decorated poly 2-diethylaminoethyl methacrylate nanocomposite by dispersive micro-solid phase extraction (d-μ-SPE)» adlı məqalə «Web of Science» beynəlxalq elmmetrik bazasına daxil olan Q1 kvartilli «Food Chemistry» (İF: 8.5) jurnalında dərc olunub. Məqalədə qrafen oksidi və poli(2-dietilaminoetil metakrilat)dan ibarət nanokompozitin sintezi və tətbiqi haqqında məlumatlar verilmişdir. Sintez prosesi səthin həyəcanlandırılması ilə atom ötürülməsi radikal polimerləşmə üsulundan istifadə etməklə həyata keçirilmişdir. Nanokompozitin quruluş xüsusiyyətləri müasir metodlarla (FTIR, FE-SEM, TGA, BET и XRD) müəyyənləşdirilmişdir. Nümunə vasitəsilə dispersiya mikro-bərk fazadan ekstraksiya metodu ilə qida və suda kadmium, qurğuşun kimi metallarının ayrılması və zənginləşdirilməsi aparılmışdır. Nəticələrə görə nanokompozit toksiki metallar üçün effektli adsorbent hesab oluna bilər.