Analitik kimya kafedrasında növbəti elmi seminar keçirildi
19 fevral 2024-cü il tarixində Kimya fakültəsinin Analitik kimya kafedrasının doktorantı Cavadzadə Tahir Əliəkpər oğlunun «Structural analysis of the some new thiourea derivatives» mövzusunda elmi seminarı keçirilmişdir.
Seminarda Tahir Cavadzadə çıxış edərək bildirmişdir ki, son illərdə yeni karbamid və tiokarbamid törəmələrinin sintezi və onların bioloji xassələrinin öyrənilməsi olduqca aktual məsələdir. Bunları nəzərə alaraq yeni sintez olunmuş tiokarbamid törəməsi və onun metal kompleksi üçün müxtəlif kvantkimyəvi hesablamalar aparılmış və alınmış nəzəri hesablamalar ilə eksperimental nəticələrin müqaisəli təhlili aparılmışdır. Bu birləşmələrin stabil strukturlarını xarakterizə edən həndəsi, enerji və elektron parametrləri hesablanmışdır. Aparılmış hesablamalar nəticəsində müəyyən olunmuşdur ki, bu birləşmələr yüksək bioloji aktivlik və antioksidant xassəsinə malik ola bilər ki, bu da alınmış eksperimental analizlərin nəticələri ilə tamamilə üst-üstə düşür.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında maraqlı müzakirələr həyata keçirilmişdir.