“Elm və Əyləncə 4” adlı tədbir keçirilib
Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Azərbaycanın görkəmli şəxsiyyəti dahi kimyaçı alim Yusif Məmmədəliyevin anadan olmasının 116 illiyinə həsr olunmuş “Elm və Əyləncə 4” adlı tədbir keçirilmişdir. Tədbirdə Kimya fakültəsinin dekan vəzifəsini icra edən Fuad Kərimli açılış nitqi ilə çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirmişdir. Neft Kimyası və Kimya Texnologiyası kafedrasının müdiri professor İbrahim “Məmmədov Yusif Məmmədəliyev və onun Azərbaycanın neft sənayesində rolu” adlı məruzə ilə çıxış etmişdir.
Sonra Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli “Fil dişi” reaksiyasını, III kurs tələbəsi Həsənova Sevinc “Berlin və Tirunbul abısı” reaksiyasını, III kurs tələbəsi İsayev İsa “sehirli çubuq” reaksiyasını, III kurs tələbəsi Hüseynova Zenfira “qızıl yağışı” reaksiyasını, III kurs tələbəsi Həsənova Sevda “soyuq alov” reaksiyasını, II kurs tələbəsi Hüseynov İlqar “yanardağ” reaksiyasını, III kurs tələbəsi Qədirova Zeynəb “ağrısız kəsiklər” reaksiyasını nümayiş etdirmişlər.
Tədbirdə həmçinin “Torpağın səsi” və “Xudayar təsnifi” musiqili çıxışları ilə Babək Rzayev, “Almost there” musiqili çıxışı ilə kimya fakültəsi I kurs tələbəsi Ağabəyli Mehriban, “Tələbə” musiqili çıxışı ilə Heydarov Əli, “Naz eləmə” rəqs kompozisiyası ilə Hacıyev Elvin və Qasımlı Yasəmən çıxış etmişdir.