Müstəqillik gününə həsr olunmuş tədbir keçirildi
Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 18 oktyabr Müstəqillik gününə həsr olunmuş "Bir kərə yüksələn bayraq bir daha enməz" adlı tədbiri keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi, Ümumilli Lider Heydər Əliyevin və vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş Şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla yad edilməsi ilə başıayıb. Kimya fakültəsinin dekanı Fuad Kərimli çıxış edərək bildiridi ki, Müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarıxi bir hadisə idi. 1991-ci ildə Ali sovetin qərarı ilə Müstəqillik aktının qəbul və Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı müasir müstəqil Azərbaycanın tarixində ən vacib hadisə oldu. Ulu Öndər Heydər Əliyevdən miras qalan 'Müstəqilliyimiz əbədidir, dönməzdir' prinsipi bugün prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tarix fakültəsinin dosenti Ələmdar Şahverdiyev müasir müstəqil Azərbaycanın tarixi haqıında geniş məruzə ilə çıxış etdi. O, nitqinin sonunda Azərbaycan gənclərinə, millətinə, dövlətinə müstəqilliyimizin əbədi qorunması yolunda uğurlar arzu etdi.
Tədbirin sonunda Kimya fakültəsi tələbələrinin Müstəqil Azərbaycan Respublikasının tarixi haqqında hazırladıqladı videoçarxlar nümayiş olundu.