Fiziki və kolloid kafedrasında elmi seminar keçirildi
15 aprel 2024-cü il tarixində Kimya fakültəsində Fiziki və kolloid kafedrasının elmlər proqramı üzrə doktorantı, saathesabı müəllimi, kimya üzrə fəlsəfə doktoru Məmmədova Günay Zahid qızının «Üzvi və metalüzvi birləşmələrin quruluşlarının muasir fiziki metodlarla təyini» mövzusunda elmi seminarı keçirilmişdir.
Seminarda Günay Məmmədova qeyd etmişdir ki, bütün analiz üsulları maddənin kimyəvi və ya fiziki xassələrin ölçülməsinə əsaslanır. Bu xassələr analitik siqnal adlanılır və maddənin xarakterindən və nümunədəki tərkibindən asılıdır. Fiziki analiz metodları kimyəvi reaksiya zamanı bəzi fiziki xassələrin analitik siqnalının qeydə alınmasına əsaslanır. Fiziki analiz metodları eyni nümunədə komponentlərin həm keyfiyyət, həm də kəmiyyət analizini eyni vaxtda həyata keçirməyə imkan verirlər. Maddənin atom quruluşunu təyin etmək üçün bir sıra fiziki metodlardan istifadə edilir. Maddənin kristallik quruluşu barədə tam məlumat verən ən muasir fiziki tədqiqat metodu olan Rentgen Quruluş Analizi (RQA) metodu hesab edilir.
Günay Məmmədova geniş məruzə ilə çıxış edərək Fiziki tədqiqat metodlarının mahiyyəti, onların üstünlükləri, təsnifatı və maddənin atom quruluşunun təyini üçün böyük əhəmiyyət kəsb etdiyi barədə məlumat vermişdir. Bundan əlavə Günay Məmmədova bir RQA mütəxəssisi kimi SMART APEX II Rentgen difraktomeri, onun əsas hissələri, rentgen şualarının alınması, nümünələrin çəkilməsi, quruluşların açılması və identifikasıyası, Kemridj bazasında yoxlanılması və İD-pasport nomrənsinin alınması barədə ətrəflı məlumat vermişdir. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında maraqlı müzakirələr həyata keçirilmişdir.