Dəmir Heydər oğlu Qəmbərovun 85 illik yubileyi keçirildi
Tanınmış pedaqoq-alim, kimya elmləri doktoru, “Şöhrət” ordenli professor Dəmir Heydər oğlu Qəmbərovun 85 illik yubileyi olmuşdur. Kimya fakültəsinin əməkdaşları mərhum Q.H.Qəmbərovun qəbrini ziyarət etmiş, məzarı üstünə gül-çiçək dəstələri düzmüşlər. Kimya fakültəsində professor D.H.Qəmbərovun elmi-pedaqoji fəaliyyətinə həsr edilmiş elmi seminar keçirilmişdir. Fakültənin dekanı dosent Fuad Kərimli seminarı giriş sözü ilə açdıqdan sonra Analitik kimya kafedrasının müdiri, professor Famil Çıraqov “Dəmir Qəmbərovun əyat və fəaliyyəti” mövzusunda və Kimyanın tədrisi metodikası kafedrasının müdiri, professor Xəlil Nağıyev “D.H.Qəmbərovun elmi fəaliyyəti və tədqiqat sahəsi” mövzusunda məruzə ilə çıxış etmişdilər. Fakültənin əməkdaşları professor Cəbrayil Mirzai, professor Musa Bayramov, dosent Elgül Abdullayeva və akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitunun əməkdaşı, k.e.d. E.H.Məmmədbəyli Dəmir Qəmbərov haqqında xatirələrini seminar iştirakçıları ilə bölüşmüşlər.