Kimyanın tədrisi metodikası kafedrasında elmi seminar keçirildi
27.11.2024-cü il tarixində Bakı Dövlət Universitetinin Kimya fakultəsinin Kimyanın tədrisi metodikası kafedrasının magistrantı, Məmmədova Xanımbacı Mahmud qızının “LEGO kərpicləri ilə kimyanın tədrisində mövzuların izahı” mövzusunda elmi seminarı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan dekan müavini Farid Nağıyev iştirakçıları salamlamış, kafedralarda görülən işlər və elmi seminarların əhəmiyyəti haqqında ətraflı məlumat vermişdir. Elmi seminarda Məmmədova Xanımbacı LEGO kərpicləri ilə kimyanın tədrisi, müasir təhsil metodlarının tətbiqi ilə birlikdə, şagirdlərin elmi anlayışlarını dərinləşdirmək və onların marağını artırmaq üçün əvəzsiz bir vasitə olduğu barədə geniş məlumat vermişdir. Seminar iştirakçılarının qarşılıqlı müzakirəsindən sonra sualların cavablandırılması ilə tədbir yekunlaşmışdır.