Kimyanın tədrisi metodikası kafedrasında elmi seminar keçirildi
Seminarda Aytən Əsgərova çıxış edərək bildirmişdir ki, hal-hazırda kimyanın tədrisi metodikası elmində yeni tədqiqat istiqamətləri inkişaf edir və ölkəmizində müasir kimya pedaqogikasına inteqrasiyası qarşıda duran önəmli hədəflərdəndir. Son illərdə kimyanın çətin anlayışlarının - reaksiya mexanizmlərinin, stereokimyanın və s. tədrisində yeni müasir metodikaların hazırlanmasına çox ehtiyac duyulur. Bu metodikalara İKT vasitələrin tətbiqi də hər zamankı kimi çox effektiv hesab edilir. Bu nöqteyi-nəzərdən Virtual Reallıq vasitəsi ilə kimya tədrisində presedenti olmayan təlim nətəcələrinə nail olmaq olar. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında maraqlı müzakirələr həyata keçirilmişdir.