"O qarlı və qanlı gecə" adlı tədbir keçirilmişdir
25 fevral 2022-ci il tarixində Bakı Dövlət Universiteti Kimya fakültəsi, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyətinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə 26 fevral Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş "O qarlı və qanlı gecə" adlı tədbir keçirilmişdir. Əvvəlcə Azərbaycan Respublikası Dövlət Himni səsləndirilmiş, Xocalı qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbir Kimya fakültəsinin birinci kurs tələbəsi Ağabəyli Mehribanın aparıcılığı ilə keçirilmişdir. Kimya fakültəsinin dekanı Fuad Kərimli çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş hadisınin ermənistan silahlı qüvvələri tərəfindən rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, azərbaycanlılara qarşı baş vermiş qanlı soyqırımı və törədilən vəhşilikləri vurğulayıb. Tədbirdə iştirak edən Xocalı sakini İbrahim Həsənov şahidi olduğu qanlı hadisələrdən, erməni vəhşiliklərindən, yaşlı insanların və körpələrin amansızcasına qətlə yetirilməsindən danışmışdır. Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov Xocalı soyqırımının tanınması istiqamətində Bakı Dövlət Universitetində görülən işlər barədə geniş məlumat verdi, bu istiqamətdə gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü, ermənistanın Xocalı soyqırımına görə məsuliyyətə qəbul edilməsinin vacibliyini vurğuladı.
Tədbirdə Neft kimyası və kimya texnologiyaları kafedrasının müdiri İbrahim Məmmədov bildirdi ki, Azərbaycanın BMT yanında daimi nümyəndəsi Yaşar Əliyevin Xocalı soyqrımının 30-cu ildönümün ilə bağlı qurumun Baş katibi Antonio Quterreşə ünvanladığı məktub BMT Baş Assambleyasınnın rəsmi sənədı kimi yayılıb. Xocalı soyqırımından 30 il ötməsinə baxmayaraq, hadisəni törədənlərin hələdə layiq olduqları cəzanı almadıqlarını təssüf hissi ilə bildirdi və Xocalı faciəsinin qurbanlarının qisası 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandanımız İlham Əliyev və ordumuz tərəfindən layiqincə alınması qeyd etdi.
Tədbirdə Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli, Tələbə Elmi Cəmiyyətinin sədri İsayev İsa, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Cəfərova Mədinə 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni quldurları və onların havadarlarının Xocalı sakinlərinə qarşı törətdikləri soyqırımı şiddətlə qınadıqlarını bildirmiş, hadisədə həytını itirmiş soydaşlarımızın xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə Kimya fakültəsinin ikinci kurs tələbəsi Hüseynov İlqar, birinci kurs tələbələri İbrahimova Fərqanə, İsmayılova Şəlalə, Kərimova Leyla, Mustafayev Eltac Xocalı soyqırımı, Xocalı soyqırımını beynəlxalq səviyyədə tanıyan ölkələr, yerli və xarici mətbuatda işıqlandırılması, bunlarda gənclərin rolu, Xocalıda olan abidələr və onların mənfur qonşularımız tərəfindən dağıdılması haqqında ətraflı məlumat verdilər.
Tədbirdə Kimya fakültəsinin ikinci kurs tələbəsi İdrisova Milanə və birinci kurs tələbəsi İbrahimova Səma Xocalı soyqırımına həsr olunmuş şeirlər səsləndirmişlər.
Tədbirin sonunda Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının hazırladığı videoçarx təqdim olunmuşdur.