"Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
06.11.2021-ci il tarixində Bakı Dövlət Universiteti Kimya fakültəsində 8 Noyabr-Zəfər Gününə həsr olunmuş "Şanlı Zəfər Tariximiz" adlı onlayn tədbir keçirilmışdır. Tədbir Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirlinin və I kurs tələbəsi Mehriban Ağabəylinin aparıcılığı ilə keçirilmişdir. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirildi və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildi. Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli tərəfindən qazi və müharibə iştirakçıları barədə məlumatlar professor-müəllim və tələbələrə təqdim olunub.
Kimya fakültəsinin dekan vəzifəsini icra edən Fuad Kərimli çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında, Azərbaycan Ordusunun Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündən, əldə etmiş inanılmaz uğurlardan, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilməsindən, Şanlı qələbəmizin qazanılmqasında Azərbaycan oğullarının göstərdikləri qəhrəmanlıqlardan söz açıb.
Tədbirdə I Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan zabit Nazim Quliyev, Hicran Həmzəyev, Aprel döyüşləri və Vətən müharibəsində iştirak etmiş Kimya fakültəsi Sənaye Kimyası Elmi Tətqiqat Labaratoriyasının kiçik elmi işçisi Mircavid Ağayev, Vətən müharibəsi iştirakçıları Kimya fakültəsinin məzunları Nicat Məmmədov və Səid Kərimov iştirak etmiş, kecdikləri şərəfli döyüş yolundan torpaqlarımızın işğaldan azad olunması istiqamətində aparılan uğurlu hərbi əməliyyatlardan danışmış, müharibə vaxtı gərgin keçən döyüşlərlə bağlı xatirələrini bölüşüb, tarixi Zəfərin qazanılmasında qəhrəman oğullarımızın göstərdikləri şücaətlərdən ətraflı bəhs etmişlər.
Kimya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhramanov cıxış edərək tədbirdə iştirak etdiklərinə görə Vətən müharibəsi qazilərinə, müharibə iştirakçılarına minnətdarlğını bildirmış, əsası Ümummilli Lideri, Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan siyasət nəticəsində müstəqil və qüdrətli Azərbaycan dövlətinin möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu rəhbərliyi sayəsində bölgədə yeni reallıqlar yaratdığını, ümumxalq birliyinin, həmrəyliyinin nəticəsi olan 8 noyabr- Zəfər Gününün tariximizin qəhrəmanlıq səhifəsinə qızıl hərflərlə yazıldığnı, hər bir azərbaycanlının fəxr və qürürla yad edəcəyi bir hadisə olduğunu bildirmiş, vətən müharibəsində iştirak edən kimya fakültəsinin məzunlar haqda ətraflı bəhs etmiş, onların qəhrəmanlıqlarının gənclər üçün nümunə olduğunu vurğulamışdı.
Tədbirdə Ümumi və qeyri-üzvi kimya kafedrasının müdiri professor Teymur İlyaslı, Fiziki və Kolloid kimya kafedrasının müdiri professor Eldar Əhmədov, Neft kimyası və Kimya texnologiyası kafedrasının müdiri professor İbrahim Məmmədov, Üzvi kimya kafedrasının professoru Namiq Şıxəliyev cıxış edərək 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın sərkərdəliyi, şəhidlərimizin canı, qazilərimizin qanı, xalqımızın dəstəyi sayəsində qazanılan tarixi zəfərdən söz acmış, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş həmvətənlərimizin ruhunu ehtiramla yad etmışlər.
Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədr müavinləri-Arzu Məhərrəmova, Məryəm İsgəndərova, idarə heyətinin üzvü Tural Abdullayev və Kimya fakültəsinin I kurs tələbəsi Eltac Mustafayev Vətən müharubəsi haqda müxtəlif mövzularda çıxışlar etmışlər.
Sonda Vətən müharibəsindən bəhs edən videoarx nümayiş olunmuşdur.
Yaşasın Ali Baş Komandan!
Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!