“Sehrli Kimya” adlı tədbir keçirildi
Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Sehrli Kimya” adlı tədbir keçirilmişdir. Tədbir Kimya fakültəsinin Ümumi və qeyri-üzvi kimya kafedrasının müdiri Yasin Cəfərov, əməkdaşlar Rəhman Fətullazadə, Yeganə Quliyeva, Günel Qəhrəmanovanın dəstəyi ilə baş tutmuşdur. Tədbirdə Aidə Kərimova “Xromat, bixromat rəngdəyişmə”, Əbilova Firuzə “Yanardağ və ya uzunmüddətli vulkan”, Rəna Əmirova “Ağrısız kəsiklər və yə süni qan”, Namiq Xudaverdiyev “Sehrli Çubuq”, Səmra Səmədzadə “Fil dişi”, Məlikov Kənan “Soyuq alov”, Köpük şou” reaksiyalarını təcrübi olaraq əyani göstərmiş, kimyəvi reaksiyaların getmə mexanizmi izah edilmişdir. Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov bildirdi ki fakültəmizdə tələbələr arasında elmi biliklərin artırılması istiqamətində mühüm layihələr gerçəkləşir, mütəmadi tədbirlər keçirilir, bü tip tədbirlərin keçirilməsi tələbələr arasında elmə olan marağın artırılmasına, tələbələrin təfəkürünün inkişafina, yaradıcılıq, tədqiqatçılıq bacarıqlarının formalaşmasına kömək edir.