2 fevral - Azərbaycan Gəncləri Günü
Bakı Dövlət Univetsitetində "2 fevral - Azərbaycan Gəncləri Günü" münasibətilə tədbir keçirilib. “İlin gənc alimi” müsabiqəsinin nəticələri açıqlanıb. Müsabiqə Komissiyasının qərarına əsasən, Kimya fakültəsinin Sənaye kimyası elmi-tədqiqat laboratoriyasının (ETL) müdiri Ələkbər Hüseyn-zadəyə təşəkkürnamə və pul mükafatı verilib. Tədbirdə həmçinin Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətin sədri İsa İsayev Universitetinin yüksək tədris göstəricilərinə görə, Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli, Tələbə Həmkarlar təşkilatının sədri Mədinə Cəfərova, Tələbə Elmi Cəmiyyətin sədr müavini Hüseynzadə Zenfira Universitetinin ictimai həyatındakı aktiv fəaliyyətinə görə təşəkkürnamə ilə təltif olunublar. Əməkdaş və tələbələrimizi təbrik edir, gələcvək fəaliyyətlərində uğurlar arzu edirik.