20 saylı məktəbdə Kimya gecəsi keçirilib
02 may 2023-cü il tarixində Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “Kimyanın tədrisi metodikası” kafedrasının təşkilatçılığı ilə Bakı şəhəri 20 saylı məktəb-liseydə Ümumi Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Kimya gecəsi” adlı tədbir kecirilmişdir.
Tədbirdə dövlət himni səsləndirildikdən sonra Ulu öndər Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə 20 saylı məktəb-liseyin direktor müavini Sevinc Mustafayeva açaraq tədbir iştirakçılarını məktəb rəhbərliyi adından salamladı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Təhsilində rolundan, Bakı Dövlət Universitetinin təcrübəci tələbələrinin fevral ayının 17-dən etibar dərslərdə iştikarından və onların apardığı dərslərin keyfiyyətindən danışdı və tədbir iştirakçılarına uğurlar arzuladı.
Kimya fakültəsinin fakültəsinin “Kimyanın tədrisi metodikası” kafedrasının müdiri Xəlil Nağıyev çıxış edərək tədbirin təşkilində hər cür dəstək göstərən məktəbin rəhbərliyinə, müəllim və şagirdlərinə, BDU təcrübəçi tələbələrinə və ümumiyyətlə tədbirin təşkilində əməyi olan hər kəsə öz dərin minnətdarlığını bildirdi. Ümumimilli Lider Heydər Əliyevin Respublikamızda bütün digər sahələr kimi kimya elminin və kimya sənayenin inkişafına böyük töhvələr verdiyini qeyd edərək, onun hakimiyyətinin ilk illərindən yüksək nailiyyət əldə etmiş gənclərin ali məktəblərin kimya ixtisası üzrə fakültələrinə daha önəm verdiyini, bunun da nəticəsində bütün dünyada tanınan kimyaçı kadrların hazırlandığını verğulamışdı.
Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov çıxış edərək tədbir iştirakçılarını fakültə rəhbərliyi adından salamladı və təşkil olunmuş tədbirin həm 20 saylı məktəb-liseyin, həm Bakı Dövlət Universitetinin Kimya fakültəsinin həyatında əlamətdar hadisə olduğunu qeyd etdi. Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının tarixindəki önəmli yerindən danışdı və sonda öz tələbəlik illərində məktəblərdə keçirilən pedoqoji praktikadan danışaraq hazırda məktəblərdə tədris və infrasturukturun daha yüksək səviyyədə olduğunu, təcrübəci tələbələr üçün daha yaxşı şəraitin yaradıldığını qeyd etdi.
Tədbirdə liseyin direktor müavini Yasəmən Əliyeva, BDU-nun Kimya fakültəsinin “Kimyanın tədrisi metodikası” kafedrasının əməkdaşları Kamil Haqverdiyev, Rəna Abdinbəyova, Gülnar Mirbağırova, Nəzakət Məliyegənova, Lalə Nəsibova, Gülnarə Dürüskari və Aytən Əsgərova, “Ümumi və qeyri-üzvi kimya” kafedrasının əməkdaşı Rəhman Fətullayev iştirak etmişdir.
Kimya fakültəsinin metodisti Gülnar Mirbağırova və fakültə Tələbə Elmi Cəmiyyətinin sədri İsa İsayevin təşkilatçılığı ilə təcrübəci tələbələr və məktəbin şagirdlərinin birgə hazırladığı səhnəciklər və kimyəvi reaksiyalar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. Məktəbin şagirdlərinin ifasında müsiqi nömrələri təqdim edilmiş və tədbirin sonunda xatirə şəkilləri çəkilmişdir.