"26 İYUN - SİLAHLI QÜVVƏLƏR GÜNÜ" ADLI ONLAYN TƏDBİR
26 İyun 2021-ci il tarixində Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş onlayn tədbir keçirilmişdir. Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirlinin moderatorluğu ilə keçirilən tədbir şəhid olmuş Vətən övladlarının xatirəsinin ehtiramla yad edilməsi ilə başlamışdır.
Tədbiri giriş sözü ilə açan Kimya fakültəsinin dekanı professor Abdülsəyid Əzizov Miilli ordumuzun yaranma tarixi və keçdiyi inkişaf yolundan danışıb, 26 iyun - Azərbaycan Ordusunun yaradılmasının ildönümü münasibətilə Silahlı qüvvələrin şəxsi heyətini təbrik etdi.Tədbirdə Kimya fakültəsinin dekan müavinləri Taleh Qəhramanov, Fuad Kərimli, Ümumi və Qeyri-üzvi kimya kafedrasının müdiri professor Teymur İlyaslı, Fiziki və kolloid kimya kafedrasının müdiri professor Eldar Əhmədov, Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri professor İbrahim Məmmədov, Kimyanın tədrisi metodikası kafedrasının müdiri dosent Yasin Cəfərov, Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müdiri professor Rasim Alosmanov, Analitik kimya kafedrasının müdiri professor Famil Çıraqov ordumuzun qazandığı uğurlar, Aprel döyüşləri və İkinci Qarabağ müharibəsindəki Ali Baş Komandan rəhbərliyi ilə əldə etdiyi zəfərlərdən və "Dəmir yumruq" əməliyyatından ətraflı məlumat verdilər.
Tədbirdə Kimya fakültəsinin birinci kurs tələbələri Məmmədova Arizə və Məlikova Aysun Ümummmili Lider Heydər Əliyevin ordu quruculuğu istiqamətində xidmətləri, Vətən müharibəsində şanlı ordumuzun göstərdiyi şücaətlər haqqında danışıb.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, təhlükəsizliyinin təminatçısı olan Ordumuzun keçdiyi çətin və şərəfli döyüş yoluna həsr olunmuş videocarx nümayış etdirilib.