27 mart “Elm Günü” münasibəti ilə Kimyanın tədrisi metodikası kafedrasında elmi seminar keçirildi

27 mart “Elm Günü” münasibəti ilə Kimya fakültəsinin Kimyanın tədrisi metodikası kafedrasının magistrantı Əşrəfli Günel Elxan qızının “Virtual laboratoriyalardan istifadə” mövzusunda elmi seminarı keçirilmişdir. Seminarda məruzəçi qeyd etmişdir ki, müasir dövrdə Virtual laboratoriya anlayışını belə ümumiləşdirmək olar: ”Qapı və pəncərələri ilə real laboratoriya olmadan aparılan laboratoriya təcrübəsi. O, şagirdlərə dəftər və qələmsiz nəzəri və praktiki aspektlər arasında rahatlıqla keçid etməyə imkanverir. Virtual öyrənmə mühiti şagirdlərin laboratoriya qabiliyyətlərinin inkişaf etməsinə səbəb olur. Belə ki, bu mühit hər hansı internet səhifəsində yerləşir. Adətən, busəhifənin də laboratoriya təcrübələrinin və onlarının nəticələrinin əlaqaləndirildiyi bir çoxsəhifələri və linkləri vardır”. Kimyanın tədrisi zamanı istifadə edə biləcəyimiz bir çox virtual laboratoriya proqramları mövcuddur. Belə ki, ChemCollective bunlardan biridir. Bu proqram kimyəvi anlayışları real dünya ilə əlaqələndirməyə əsaslanır. Digəri Virtual Chem Lab adlanır ki, bu proqram daha geniş məlumatları, eksperimental işləri özündə əks etdirir. Virtual kimyəvi laboratoriya şagird və müəllimlər üçün yeni potensial tədris materialıdır ki, bu daha yüksək səviyyəli qabiliyyətləri əldə etmək üçün lazım olan strategiyaları özündə cəmləşdirir. Bununla yanaşı kommunikasiya və informasiya biliyi, özünü idarə etmə bacarığı, problem həll etmə qabiliyyəti, müstəqil öyrənmə, kooperativ öyrənmə kimi xüsusiyyətləri də inkişaf etdirir. Elmi seminarda qarşılıqlı müzakirələr aparılmış, seminar sualların cavablandırması ilə yekunlaşmışdır.