31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib
-lg.jpg)
Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmsi ilə başlayıb. Kimya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov öz nitqində 31 Mart soyqırımının Azərbaycan xalqının tarixində ən faciəli səhifələrdən biri olduğunu vurğulayıb, bu hadisələr nəticəsində minlərlə günahsız insan yalnız milli mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb və xalqımız böyük itkilərlə üzləşib. Taleh Qəhrəmanov qeyd edib ki, tariximizin bu acı səhifələrinin unudulmaması hər bir azərbaycanlının vətəndaşlıq borcudur.b Xüsusilə gənclərin bu mövzuda maariflənməsinin vacibliyini önə çəkərək bildirib ki, keçmişini bilməyən xalq gələcəyini düzgün qura bilməz və milli həmrəyliyin, vətənə bağlılığın əhəmiyyətini, bu cür tədbirlərin gənclərdə milli kimlik və vətənpərvərlik hisslərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. 2-ci kurs tələbəsi Zəmilə Qasımzadə çıxış edərək bildirib ki, 31 Mart soyqırımının yalnız tarix dərsi deyil, eyni zamanda milli yaddaş və kimliyimizin ayrılmaz bir hissəsidir. O vurğulayıb ki, bu faciə Azərbaycan xalqının yaddaşında dərin iz buraxıb və bu izlər zaman keçsə də silinməyəcək.Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və 31 Mart hadisələrinin unudulmaması, gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub. Tədbirin əsas məqsədi 31 Mart hadisələrinin tarixi mahiyyətinin tələbələrə çatdırılması, bu faciənin unudulmaması və gənclər arasında vətənpərvərlik ruhunun daha da gücləndirilməsi olub.