Fədakarlıq, zəriflik bayramı
7 Mart 2024 10:40

7 mart 2024-cü il tarixində Bakı Dövlət Universitetinin Kimya fakültəsi Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Kimya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov Beynəlxalq Qadınlar Günü münasibətilə fakültənin xanım əməkdaş və tələbələrini təbrik etmiş, ölkəmizin bütün sahələrdə potensialının artırılmasında xanımlarımızın layiqli yer tutduğunu vurğulamış, Azərbaycanda yüksək ixtisaslı kimyaçılar nəslinin yetişməsində akademik Rəfiqə Əliyevanın verdiyi töhfələrdən danışmış, ruhunu böyük ehtiramla yad etmişdir. Xalqımıza Qələbə sevincini yaşadan qəhrəman oğullar yetişdirən Azərbaycan qadınlarının mərdlik və fədəkarlıqlarını, müqəddəs bir missiyanı şərəflə daşıdıqlarını, ölkəmizin ictimai-siyasi həyatda yaxından iştirak etdiklərini vurğulamışdır. Yüksək molekullu birləşmələr kimyası kafedrasının dosenti Elgül xanım Abdullayeva 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə öz səmimi ürək sözlərini çatdırmış, xanımlara bahar təravətli, yaz ətirli, sevinc dolu ömür arzulamış, tədbirin təşkilatçılarına minnətdarlığını bildirmişdir. Tədbirdə Kimya fakültəsinin birinci kurs tələbəsi Dərya Həsənova Beynəlxalq Qadınlar Gününün yaranma tarixi və önəmi haqqında çıxış etmiş, Rəvanə Quliyeva öz yazdığı şeri səsləndirmiş, Əsmər Cavadova və Alim Məmmədov tərəfindən hazırlanmış ədəbi-bədii kompazisiya təqdim olunmuşdur. Sonda 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Son XƏBƏRLƏR
05.10.2026 | 14:33
I kurs tələbələri ilə tanışlıq və məlumatlandırıcı görüş keçirilib
05.10.2026 | 11:42
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
02.10.2026 | 17:38
“Cəbrayıl: Yaddaşdan Gələcəyə” adlı tədbir keçirildi
01.10.2026 | 13:41
Fiziki və kolloid kimya kafedrasında elmi seminar keçirildi
30.09.2026 | 16:20