8 Noyabr - Zəfərimizin beşinci ili
-lg.jpg)
Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 8 Noyabr – Zəfərimizin beşinci ili münasibəti ilə Hərbi Memorial Məzarlıq ziyarət olunub. Tədbirin əsas məqsədi xalqımızın qəhrəmanlıq tarixini, Vətən müharibəsində göstərilən şücaəti və şəhidlərimizin əziz xatirəsini anmaq olub. Fakültənin tələbələri şəhidlərin məzarlarını ziyarət edib, onların ruhuna ehtiramlarını ifadə ediblər. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq salnaməsidir. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Bu Zəfər Azərbaycan xalqının birliyinin, gücünün və vətənpərvərliyinin təntənəsi kimi tarixə düşüb. Ziyarət zamanı şəhidlərin Vətən uğrunda göstərdikləri igidlikdən bəhs olunub, onların əziz xatirəsinin daim qəlblərdə yaşayacağı vurğulanıb. Sonda iştirakçılar şəhidlərin ruhuna ucaldılmış abidənin önündə xatirə fotosu çəkdiriblər.